Goranboyda idarəetmədən çıxan maşın qəza törədib, yaralanan var.

"Unikal"-ın məlumatına görə, hadisə Göranboy rayon mərkəzində baş baş verib. "VAZ 21099" markalı avtomobil idarəetmədən çıxaraq maneələrə çırpılıb. Qəza nəticəsində maşında olan rayon sakini Kazımova Jalə Bəhlul qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı yaxınları tərəfindən Goranboyda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı