Azərbaycandan tibbi oksigenin ilk partiyası Rusiyanın Stavropol vilayətinə çatdırılıb.

“Unikal” xəbər verir ki, bu barədə Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov özünün instaqramdakı hesabında bildirib.

Azərbaycandan olan tərəfdaşlarla tibbi oksigenin tədarükü ilə bağlı razılaşmamız həyata keçirilir. Bir gün əvvəl əyalətə ilk partiya gəldi. Nevinnomıssk şəhərində oksigen boşaldılıb, artıq tibb müəssisələri arasında paylaşılma prosesi aparılır”, - deyə qubernator sosial şəbəkədəki hesabında yazıb.

O, qeyd edib ki, tibbi oksigeni ilk alanları Stavropolun 2-ci və 4-cü xəstəxanaları, İzobilnoye, Mineralnıye Vodı, Svetloqrad xəstəxanalarıdır.

“Qarşıda uzun Yeni il tətilləri var, buna görə də hər hansı bir fasilə ehtimalını istisna etmək üçün oksigen ehtiyatına sahib olmaq vacibdir. Bu iş xüsusi nəzarətdədir”, - qubernator əlavə edib.