Ötən gün sabiq təhsil naziri Misir Mərdanov müsahibəsində bahalaşmanı hiss etmədiyini deyib.

"Unikal" xəbər verir ki, bununla bağlı deputat Etibar Əliyev "Facebook" səhifəsində status yazıb. O, sabiq nazirin paytaxtda çox sayda evi və obyekti olduğunu, buna görə də icarə haqlarını yığıb-yığışdıra bilmədiyi üçün belə danışdığını bildirib. Etibar Əliyev Misir Mərdanovun nazir işlədiyi dövrdə 25 min tələbə köçürməsi etdiyini və 3 minə yaxın adama saxta müəllim diplomu verdiyini iddia edib.

Məsələ ilə bağlı M.Mərdanov "Unikal"a açıqlama verib:

"Onun dediklərinin heç biri doğru deyil. Hamısı yalan və böhtandır. Özü bilər, Allahı bilər. Məni tanıyanlar yaxşı tanıyır. İndi baxın, görün, camaat ona nə deyəcək". 

Murad İbrahimli