Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini vəzifəsindən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rafiq Cəlilov əmr imzalayıb. Əmrə əsasən, başçının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Dilavərov Alıcı Tapdıq oğlu işdən çıxarılıb. 

Qeyd edək ki, A.Dilavərov Cəlilabad RİH-nin sabiq başçısı Namiq Zeynalovun dövründə həmin vəzifəyə təyin edilmişdi. Xatırladaq ki, Namiq Zeynalov ötən ilin dekabr ayında həbs edilib.

Murad İbrahimli