Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları 20-22 dekabr 2021-ci il tarixlərində Azərbaycan Tibb Universitetində Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi və Avropa İttifaqının maliyyə dəstəyi ilə təşkil olunmuş “Təməl həyat dəstəyi’’ mövzusunda keçirilən 8 saatlıq təlimdə iştirak edibllər.

Komitədən "Unikal"a verilən məlumata görə, bədbəxt hadisələr zamanı həkiməqədər yardımın göstərilməsi və bu sahədə əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə iştirakçılar həyati təhlükənin aradan qaldırılması və həyati funksiyaların davam etdirilməsinin təmin edilməsi, ilk tibbi yardımın göstərilməsi qaydaları haqqında ətraflı məlumatlandırılıblar. 

Təlimçilər mövzü üzrə geniş təqdimatla çıxış edərək, tibbi yardımla bağlı bəzi məqamlar, o cümlədən ürək masajı, süni tənəffüsvermə qaydalarını iştirakçılara əyani olaraq nümayiş etdiriblər.

Daha sonra əməkdaşların mövzu üzrə təlimdə əldə etdikləri biliklərin praktik simulyasiya və yazılı imtahan əsasında qiymətləndirilməsi aparılıb. Sonda təlimdə iştirak edən hər bir əməkdaşa sertifikatlar təqdim olunub.