"İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyasına əsasən aparılır". 

"Unikal" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan mənzərə" adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, artıq Zəngilan rayonunda ilk “Ağıllı kənd”in inşası başa çatmaq üzrədir. 

"Bu kənd həmin ərazilərə qayıdışın ilk məntəqəsi olacaq. Kəndin inşasında çoxsaylı innovativ yanaşmalar tətbiq olunub. Kənddə enerjiyə tələbat “Yaşıl enerji” sistemi iə təmin ediləcək. “Ağıllı kənd”də həmçinin “Ağıllı kənd təsərrüfatı” sistemi üzrə camışçılıq ferması, “Ağıllı ictimai ferma” istifadəyə veriləcək, emal müəssisələri yaradılacaq, dəyər zənciri formalaşdırılacaq".

Anar Kəlbiyev