"Ermənilər  30 il ərzində işğal altında qalan torpaqlarımıza sözün əsl mənasında zülm ediblər".

"Unikal" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, torpaqlarımız ermənilər tərəfindən kortəbii şəkildə, barbarlıqla istismar edilib:  "Üzüm sahələrimiz, taxıl tarlalarımız, pambıq sahələrimiz, meyvə bağlarımız tikanlığa çevrilib, viran edilib, meşələrimiz qırılıb, bulaqlarımız quruyub. Bu torpaqlara qarşı ekoloji terror törədilib. Azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası prosesində innovasiyalar əsas elementə çevrilib. Torpaqlarımızın işğaldan azad olunması bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün yeni imkanlar yaradıb. Əkin dövriyyəsinə yeni ərazilərin daxil edilməsi məhsul istehsalını artırmış olacaq, zəngin örüş, otlaq və yaylaq potensialı heyvandarlığın inkişafına böyük təkan verəcək". 

Anar Kəlbiyev