"Vətən müharibəsi bitdikdən sonra ölkə başçısı tərəfindən yeni gündəm, yeni hədəflər qoyulub". 

"Unikal" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan mənzərə" adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, əsas hədəflərdən biri də rəqəmsal transformasiyaya nail olmaqdır:

"Bugünkü günə azad edilmiş ərazilərdə 52% mobil internet şəbəkəsinin bərpasına nail olunub. Bu çox böyük göstəricidi. Əgər biz 1998-ci ildən etibarən baxsaq yalnız 2016-cı ildə  ölkə üzrə mobil şəbəkəni 95% təmin etməyə nail olmuşduq. Amma qısa müddətdə biz 52%-lik nəticə əldə etdik. Bu böyük uğurdur və biz həm sabit, həm də mobil şəbəkə ilə bağlı işləri davam etdirəcəyik".

Anar Kəlbiyev