Türkiyənin "Manga" qrupunun solisti Ferman Akgül 10 ildir birlikdə olduğu və iki övladının anası Bettina Kupermanla ailə həyatı qurub. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə müğənni sosial media hesabında nikahdan olan fotoları paylaşaraq məlumat yayıb.

Ferman  Akgül nikahın dekabrın 26-da baş tutduğunu qeyd edib.