Türkiyəli məşhur müğənni Hadisə ilə sevgilisi, iş adamı Mehmet Dinçer ötən gecə xəstəxanadan çıxarkən görüntülənib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlük media nümayəndələrindən qaçmaq üçün yol nəqliyyatı qaydalarını belə pozub. Onlar qırmızı işığın olmasına belə məhəl qoymadan oradan uzaqlaşmağa çalışıblar.

İkilinin olduğu maşının polisin dayan əmrinə də əməl etmədiyi obyektivlərdən yayınmayıb.