Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 150 m² (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 45 m² sahədə və içərisindəki ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.