Türkiyəli məşhur aktrisa Pınar Altuğ Atacanın sosial media hesabından  ailəsi  ilə birlikdə paylaşdığı foto gündəm olub. 

"Unikal"  xəbər verir ki, izləyicilərdən biri aktrisanın həyat yoldaşına görə çox yaşlı olduğunu, sanki uşaqla ailə qurduğunu bildirib.

Bundan sonra Pınar ünvanına gələn tənqidə cavab verib: "Siz mənə daha uyğun birini tapın, boşanıb onunla evlənim. Həqiqətən axmaqsınız".

Aktrisa daha sonra şəklə yazılan mənfi rəyləri silib. 

Qeyd edək ki, Pınar özündən 9 yaş kiçik Yağmur Atacanla 14 il əvvəl ailə qurub.