Dekabrın 27-də Gəncədə qəza törədib, piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

"Unikal"ın məlumatına görə Gəncədə Nizami rayon Şeyx Bahəddin küçəsində Tərtər rayon sakini S.Rüstəmovu avtomobil vurması nəticəsində o xəstəxanaya yerləşdirilmişdi. Polis əməkdaşlarının keçirdikləri operativ əməliyyat tədbirləri nəticəsində qəzanı törədən “VAZ 21074” markalı avtomobilin sürücüsü Şəmkir rayon sakini M.Sadıqov aşkar edilərək saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.

Tural Əhmədov