Meksikanın Miçiqan ştatının Koahuayana şəhərində banan bağında dərmanlama prosesi zamanı manevr edən 2 təyyarə toqquşub.

"Unikal" xəbər verir ki, qəza nəticəsində hər iki təyyarənin pilotları həlak olub. 

Qəzadan sonra bölgəyə gələn təhlükəsizlik qüvvələri pilotlardan birini təyyarənin içərisində ölü, digər pilotun cəsədini isə qəza yerindən 250 metr aralıda tapıb.

Ağarza Elçinoğlu