Lənkəranda 53 yaşlı şəxs bədbəxt hadisə nəticəsində ölüb.

"Unikal" xəbər verir ki, hadisə Darquba kəndi ərazisində baş verib. Belə ki, 1968-ci il təvəllüdlü Babayev Baloğlan Güloğlan oğlu agac kəsərkən başından ciddi xəsarət alıb.

Yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.