İranda koronavirusun Omikron ştamına yoluxanların sayı 159 nəfərə çatıb

"Unikal" xəbər verir ki, İranın Tehran əyalətində 28, Hörmüzqanda 45, Məşhəddə 35, Mazandaranda 9, İsfahanda 9, Zahidanda 6, Yəzddə 8, Babildə 4, Təbrizdə 3, Buşəhrdə 3, Qumda 3, Şirazda 2, Ərak, Əlbirz və Şəhrkürd şəhərlərinin hər birində 1 nəfərdə Omicron ştamı aşkarlanıb.

Qeyd edək ki, yanvar ayının 1-nə olan statistikaya əsasən, İranda koronavirusdan (COVID-19) ölənlərin sayı 131 639 nəfərə yüksəlib, ölkədə COVID-19-a yoluxanların sayı isə 6 195 403 nəfərdir.