Ukraynanın “SkyUp” aviaşirkəti Zaporojye - Bakı – Zaporojye uçuşlarını dayandırır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Dövlət Aviasiya Xidməti aviaşirkətin özünün müraciəti əsasında “SkyUp”ın Zaporojye şəhərindən Azərbaycan və Türkiyəyə iki reys üzrə lisenziyasını ləğv edib. Bununla da, şirkət Zaporojye - Bakı – Zaporojye və Zaporojye - İstanbul – Zaporojye uçuşlarının həyata keçirilməsinə son qoyub. 

Uçuşların hansı səbəbdən dayandırıldığı açıqlanmayıb.