Türkiyəli məşhur müğənni İrem Derici Yeni il gecəsi "İbo Show" proqramına qonaq olub.

"Unikal" xəbər verir ki,  müğənni  İbrahim Tatlısəsin verilişində  özəl həyatı ilə  bağlı  açıqlamalar edib. Belə  ki, İrem həmkarı Cem Belevi  ilə eşq yaşadığını təsdiqləyib.  Lakin daha sonra müğənni  3-4 ay əvvəl bu  münasibəti  bitirdiyini də  qeyd edib. 

"Çox pis aldandım. Ağıllı qadınam. Aldandığımı görmədim. Amma hiss etdim. O, mənə  xəyanət etdi.  Və bizim  münasibətimiz bitdi", - deyə  o, ifadə edib.