İsrail ordusuna məxsus helikopter Hayfa sahillərində qəzaya uğrayıb.

"Unikal"ın məlumatına görə, bu barədə "Times of Israel" qəzeti yazıb.

Bildirilib ki, helikopterin göyərtəsində üç ekipaj üzvü olub, xilasedicilər onları sudan çıxarıblar. Yaralananlardan biri orta dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Ekipajın qalan üzvlərinin taleyinə hələki aydınlıq gətirilməyib.
Hərbçilərin sözlərinə görə, qəzaya uğrayan "Eurocopter AS565 Panther" helikopteri təlimlərdə iştirak edib.