Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

1989-cu il təvəllüdlü S.Cəfərova  zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 33 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.