Fransada sutkalıq yoluxma göstəricisi 300 min nəfərə yaxınlaşıb.

"Unikal" xəbər verir ki, bunu Fransanın səhiyyə naziri Oliviye Veran parlamentdə çıxışı zamanı deyib. Lakin nazir konkret rəqəm göstərməyib.

Yoluxmalardakı sıçrayışla artımı koronavirusun Omikron variantı ilə izah edən nazir bildirib ki, ağır xəstələrin əksəriyyəti peyvənd olunmayanlardır. Reanimasiyadakı hər 20 xəstədən yalnız biri tam vaksinasiya keçmiş şəxslərdir.

Məlumata görə, ölkədəki xəstəxanaların yüklənməsi ilə bağlı dəqiq məlumat yoxdur. Tibb müəssisələrinə gündə orta hesabla 2000 koronavirus xəstəsi daxil olur. Son 4 gündə aparılmış testlərin 15%-i müsbət nəticə verib ki, bu da pandemiya dövründə ən yüksək göstəricidir.