Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Həsənsu kəndində baş verib.1983-cü il təvəllüdlü S.Osmanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 39 yaşlı qadın yaşadığı evin yataq otağında qazdan zəhərlənib.

Tural Əhmədov