İlk qazax kosmonavtı Toktar Aubakirov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarının Qazaxıstana göndərilməsini təklif edib.

"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, KTMT-yə müraciət edilməsini istəyib.

 "Bizim qüvvələrimiz kifayət deyil. Gəlin, o zaman KTMT-ni köməyə çağıraq", - deyə Aubakirov bildirib.

Qeyd edək ki, KTMT-yə Qazaxıstandan başqa, Rusiya, Ermənistan, Belarus, Qırğızıstan və Tacikistan daxildir.

Ağarza Elçinoğlu