Xəbər verdiyimiz kimi, Azərbaycanda çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik olaraq müəyyən edilib.

Bununla bağlı "Unikal"a açıqlama verən tanınmış ictimai xadim Rəşid Mahmudov bahalaşma prosesinin təkcə ölkəmizdə yox, dünyada baş verdiyini bildirib: 

"Çörəyin qiymətini qəsdən qaldırırlar. Koronavirus insanlara işləməyə imkan verməyib. Təkcə çörəyi yox, hər şeyin qiymətini qaldırırlar. Pandemiya dövründə heç kim banklardan kredit götürmürdü. İndi qiymətləri ona görə qaldırıblar ki, insanların pulu qurtarsın, gedib təzədən bankdan kredit götürsünlər. Bunlar hamısı bankların fırıldağıdır".

Murad İbrahimli