"Səbail"in futbolçusu Turan Manafov karyerasını Yunanıstanda davam etdirməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə "sportstonoto.gr" məlumat yayıb. 

Bildirilib ki, 22 yaşlı müdafiəçi "Olimpiakos Volos"a keçmək üçün bir neçə gün ərzində Volos şəhərində olacaq. O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edir.