Ermənistanda son sutkada daha 129 nəfərdə COVID-19-a yoluxma halı aşkarlanıb.

"Unikal" xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 345 518-a çatıb.

Ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin məlumatına görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 7 997-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 511 nəfərdir. İndiyədək 332 588 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 3 422 aktiv koronavirus xəstəsi var.