Çinin mərkəzi hissəsində yerləşən Çunçin şəhərində partlayış olub.

"Unikal" xəbər verir ki, Çinin Mərkəzi Televiziyasının məlumatına görə, hadisə şəhərin Ulun rayonunda baş verib. Partlayış baş verən binanın dağıntıları altında qalanlar var. Onların sayı hələ bilinmir. Partlayış nəticəsində ölən və xəsarət alanlar barədə məlumat yayılmayıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib.