Abşeron rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Unikal"a bildirilib ki, ötən gün Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.