"İnsanlar kasıb olduğuna və daha çox çörəyə üstünlük verdiklərinə görə bunun qiymətini tənzimləmək lazımdır. İstehsal azaldı, pandemiya oldu və s. belə sözlərlə insanları sakitləşdirmək mümkün deyil və lazım da deyil".

"Unikal" xəbər verir ki, bunu deputat Razi Nurullayev "AzTV"-də çıxış edərkən deyib. Millət vəkili bildirib:

"Bunun üçün vacibdir ki, biz çörəkdən heç nə qazanmayaq. Müəyyən mənada dövlət büdcəsi ziyana düşsün, amma istehsalçıların və idxalçıların yaranan fərqini ödəmək lazımdır. 

Təbii ki, istehsalçılar daha çox qazanmaq istəyir. Onların da məsuliyyəti var. Onlar burada minimal qazansın. Dövlət istehsalçıların çəkdiyi xərci ödəsin və o, qiyməti normallaşdıra bilsin. İnsanların çörək yeməsini qadağan etmək olmaz". 

Murad İbrahimli