Dövlət Gömruk Komitəsində daha bir yeni təyinat olub.  
"Unikal"-ın
əldə etdiyi məlumata görə, Səfər Mehdiyevin imzaladığı əmrlə Əhmədzadə Coşqun Mübariz oğlu Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsi, Baş Gömrük İdarəsinin rəisinin birinci müavini vəzifəsindən azad edilərək Sumqayıt Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, C. Əhmədzadə   Baş nazirin müşaviri Əhməd Əhmədzadənin qardaşı oğludur.
Orxan Həsənli