Yaponiyada yağan güclü qar nəticəsində paytaxt Tokioda 500-dən çox xəsarət alan şəxs xəstəxanalara yerləşdirilib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, qar yağan müddətdə havanın kəskin soyuması yollarda buzun yaranmasına səbəb olub və nəticədə çoxsaylı yol qəzaları qeydə alınıb. Tokio ilə qonşuluqda yerləşən Saytama prefekturasında 140 nəfərin müxtəlif xəsarətlər aldığı bildirilib.

Paytaxtın şimal-şərqində yerləşən İbaraki prefekturasında isə güclü qar nəticəsində 548 yol-nəqliyyat hadisəsinin baş verdiyi və 64 nəfərin müxtəlif xəsarətlər aldığı qeyd olunub.