Qazaxıstanda 160-dan çox daxili aviareys ləğv olunub, daha 9 reys isə gecikir.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, yanvarın 8-nə ümumilikdə 216 reys planlaşdırılmışdı (“Air Astana” və “Fly Arystan” - 144, SCAT – 52, “Qazaq Air” – 20), onlardan 163-ü ləğv olunub. Qalan bütün reyslər cədvələ uyğun olaraq yerinə yetiriləcək.

Qeyd edilir ki, aviareyslərin ləğv olunmasının və ləngiməsinin əsas səbəbləri Aktau, Taldıkorqan, Almatı şəhər aeroportlarının bağlanması, internetdə yaranmış problemlər, habelə reyslərin gecikmə ilə gəlməsidir.