Çinin şimal-qərbindəki Çinhay vilayətində 6,9 bal gücündə zəlzələ olub.

"Unikal" xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Menyüən rayonu ərazisində gecə saat 1:45-də qeydə alınıb. Zəlzələ ocağı vilayətin paytaxtı olan Sinin şəhərindən 136 kilometr məsafədə, Yer səthindən 10 kilometr dərinlikdə olub.

Zəlzələdən sonra inzibati və yaşayış binalarına, kommunikasiya xətlərinə ziyan dəyib. Bəzi fərdi evlər yararsız hala düşüb.