Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 141 nəfər dünyasını dəyişib.

"Unikal" xəbər verir ki. bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı son cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 418 min 264 nəfərin test edildiyi, 66 min 237 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 34 min 592 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.