Xaçmazda güllələnmə hadisəsi olub.

"Unikal" xəbər verir ki, hadisə gecə saatlarında Köhnə Xaçmaz kəndində qeydə allnıb. Rayonun Köhnə Xaçmaz kənd sakini, 1989-cu il təvəllüdlü Cavid Rəhim oğlu Mahmudov ov tüfəngindən açılan atəş nəticəsində qarın nahiyəsindən ağır xəsarət alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona həmkəndlisi Mayılov Nail Kərim oğlu tərəfindən münaqişə zəminində xəsarət yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)