Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yanvarın 17-18-də Brüsseldə səfərdə olacaq.

"Unikal" xəbər verir ki, XİN başçısı NATO və Avropa İttifaqının mənzil-qərargahlarında görüşlər keçirəcək.

D.Zalkalianinin Alyansın Baş katibi Yens Stoltenberqlə ikitərəfli görüşü olacaq. Nazirin NATO-ya üzv ölkələrin səfirləri ilə qeyri-rəsmi görüşü də planlaşdırılıb.

Görüşlərin əsas məqsədi NATO və Rusiya arasında təhlükəsizlik məsələləri üzrə davam edən dialoq çərçivəsində müttəfiqlərlə məsləhətləşmələrin aparılmasıdır.