Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin tərkibində Qazaxıstanda missiyasını başa vuran Ermənistan diviziyası geri qayıdıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 100 erməni hərbçi Qazaxıstandakı iğtişaşlar fonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin tərkibində Qazaxıstana yollanmışdı.

2022-ci il yanvarın 13-də sülhməramlı kontingentin Qazaxıstan ərazisindən mərhələli şəkildə çıxarılmasına başlanılıb və bu, bir neçə gün davam edəcək.