Fransa prezidentliyinə namizəd Erik Zemmur hakim qarşısına çıxarılacaq.

"Unikal" “Le Monde” qəzetinə istinadən xəbər verir ki, prezidentliyə namizəd müəllif hüquqlarını pozmaqda ittiham edilir.

Bir müddət əvvəl “Youtube”da yayımlanan tanıtım videosunda Zemmur köhnə filmlərdə olan kadrlardan istifadə edib. Video yayıldıqdan qısa müddət sonra kadrların çoxunun istifadəsi üçün icazə alınmadığı məlum olub və film müəllifləri məhkəməyə müraciət ediblər. İşə Paris Yuxarı İnstansiya Məhkəməsi yanvarın 27-də baxacaq.