İngiltərənin "Everton" klubu baş məşqçisi Rafael Beniteslə yollarını ayırıb.

"Unikal" xəbər verir ki, Liverpul təmsilçisi 61 yaşlı mütəxəssisi istefaya göndərdiyini bildirib.

Qeyd edək ki, "Everton" 9 matçdan sonra 15-ci yerdədir. Komanda son 13 oyunda 1 qələbə qazanıb, 9 dəfə məğlub olub.