Dünyaca məşhur Fələstin mənşəli amerikalı supermodel Bella Hadid Azərbaycan mətbəxinin ləziz  təamlarından biri olan yarpaq dolması yeməyini hazırlayıb. 

"Unikal" xəbər verir  ki, bu barədə model "Instagram"  hesabından paylaşım edib. O, ailəsi ilə birlikdə dolma bükmə anlarını lentə  alıb. 

Bellanın bu paylaşımı maraq doğurub.