“2019-cu ildən bu günə qədər ölkəyə xeyli sayda zubr gətirilib. Hazırda ölkədə 29 baş zubr var”.

"Unikal" xəbər verir ki, bu fikirləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, həmin zubrların balalama faktları olub və 4 dəfə belə hal qeydə alınıb: “Ötən ilin sonu üçün də 9 baş zubr ölkəyə gətirilib və onlar adaptasiya dövrü keçir”.