2021-ci ildə ölkənin ali təhsil müəssisələrinə 46 min nəfər tələbə qəbul olunub və qəbul genişprofilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,2 faiz olub ki, onların da 77 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 50,5 faizi təqaüd alır. Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 82 xarici ölkədən 6,4 min tələbə də təhsil alır.