"Sosial şəbəkələrdə və bəzi saytlar tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülərdən xəbərdarıq".

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata görə, həmin hadisə yanvarın 16-da Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Hadisə ilə bağlı artıq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb.Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq.

Murad İbrahimli

***

15:22

Bakıda uşaq evində əlbəyaxa davanın görüntüləri yayılıb. 

"Unikal" xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə  ki, rayonun 3 saylı uşaq evində müəllim köməkçisi işləyən 1982-ci il təvəllüdlü Nağıyeva Q. valideynlər tərəfindən döyülüb.

Hadisə anı müşahidə  kameralarına əks olunub. 

Faktla bağlı araşdırma aparılır.