Səudiyyə Ərəbistanının Bədr səhrasına qar yağıb.

"Unikal" xəbər verir ki,  bu ayın əvvəlində səudiyyəli fotoqraf Usamə Əl-Həbri Mədinənin cənub-qərbindəki Bədr mənzərəsini çəkib. Qarla örtülmüş səhranın fotoları sosial şəbəkədə  gündəm olub. 

Əl-Həbri CNN-ə  açıqlamasında bildirib ki, Bədr səhrası bölgəsində belə sərt qış havası illərdir baş verməyən nadir hadisədir. O, bunu “tarixi dolu fırtınası” kimi qiymətləndirib.