"Bir müddət əvvəl övlad sahibi olmaq istədiyimi dedim, bunu şişirtdilər. Xaricdə 60-70 yaşında ana olurlar. Bu yaşda ana olanda nə olur?".

"Unikal" xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova "Zaurla Günaydın" proqramında deyib. Aktrisa bir müddət əvvəl müzakirələrə səbəb olan açıqlamasından bəhs edib.

M.Xanlarova nəvələrindən söz açaraq bunları deyib:

"Məni kənardan dəlisov biri bilirlər. Amma uşaqları sevirəm, onlara baxaram. Mənə bir baxça versinlər, hamısına baxım. Bütün uşaqları saxlayım. Adam var hövsələsi yoxdur.

Düzdür, qızını döyməyən dizini döyər. Yeri gələndə nəvələrim döyülür də. Evdə yeganə qorxduqları adam mənəm. Uşaq bilməlidir nə nədir... İndi bəzi cavanlar heç böyük görəndə yalandan yerindən qalxmır. Amma bizim qanımızda var. İstər müğənni, istər aktyorlar olsun, getdikcə dəyişir hər şey".