Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 m² sahədə yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.