Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putindən Pekində Qış Olimpiya Oyunları başa çatana qədər Ukraynada “müharibə” başlatmamasını istəyib.

"Unikal" Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə Pekində yaşayan çinli diplomat məlumat yayıb.

Diplomat həmçinin qeyd edib ki, Si Cinpin hazırda partiya sədrliyinə yenidən seçilməyə hazırlaşır və buna görə də Avropada hər hansı bir böhran onun üçün əlverişli deyil.