Ağstafa rayonunun Poylu kəndində "VAZ" və "BMW" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"-a verilən məlumata görə, nəticədə "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.