"2021-ci ildə cinayət təqibindən kənar icraatlar üzrə nəzarət tədbirləri ilə əlaqədar sosial media məkanında neqativ hallara yol vermiş şəxslərlə bağlı 21 xəbərdarlıq və 43 təqdimat verilib".

"Unikal" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O deyib ki, karantin rejiminin pozulması, sağlamlığın qorunması, əmək qanunvericiliyi sahəsində vətəndaşların hüquqlarının pozulması, ekoloji hüquq pozmalar və s. inzibati xətalara dair 131 inzibati icraat başlanmaqla baxılması üçün məhkəmələrə və dövlət orqanlarına göndərilib, nəticədə 261 544 manat həcmində inzibati cərimə növündə tənbeh tətbiq edilib: "Habelə hesabat dövründə 45 cinayət işi başlanıb".