Əməkdar artist Nurlan Növrəsli  "Özəl" proqramına qonaq olub.  

"Unikal" xəbər verir ki, müğənni proqramda özəl həyatı barəsində  açıqlamalar verib. Belə ki,  N.Növrəsli ikinci dəfə evlənməyə hazırlaşdığını dilə gətirib. 

"Yeni toy gözlənilir. O ailəlik həyatı baş tutmadı, mən ayrıldım. Bu, normaldır, gizlətmək lazım deyil. Müəyyən məqamlar buna səbəb oldu. İkinci dəfə toy olacaq", - deyə o, ifadə  edib. 

Qeyd edək ki, Nurlan 2018-ci ilin avqustunda Nevin adlı xanımla nişanlanmışdı. Həmin ilin dekabrında isə özünə toy etmişdi. Məclisə sənət adamları qatılmışdı.